iran xin abş-la danışıqlar formatının dəyişdirilməsini istisna edir

bakı, 14 aprel, arhd.media



rəsmi tehran abş-la danışıqlar formatının dəyişdirilməsi ehtimalını istisna edir.

arhd.media xəbər verir ki, iran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi ismail bəqayinin sözlərinə görə, görüşlər yalnız vasitəçilərlə davam edəcək.

“tərəflərdən birinin təhdidlərə əl atmağa davam etdiyi bir şəraitdə birbaşa danışıqlar faydasız və səmərəsizdir. ona görə də biz əvvəllər seçilmiş formatdan istifadəni davam edəcəyik”, - deyə bəqayi mətbuat konfransı zamanı bildirib.

aprelin 12-də omanda iranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün tehran və vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib. iran nümayəndə heyətinə xarici işlər naziri abbas əraqçi, abş nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi stiven uitkoff başçılıq edib.

iran xin-in məlumatına görə, görüş konstruktiv, sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. danışıqların ikinci turu aprelin 19-da olacaq.

Baxış sayı: 3 278

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə