tramp bu həftə rusiyadan ukrayna ilə atəşkəslə bağlı cavab alacağını gözləyir
abş prezidenti donald tramp rusiyadan ukrayna ilə mümkün atəşkəslə bağlı bu həftənin əvvəlində cavab alacağını gözləyir.
"arhd.media"un xarici kiv-ə istinadən verdiyi xəbərə görə, o, bu barədə ağ evdə jurnalistlərə bildirib.
"görək nə olacaq. bu həftə onlardan cavab alacağıq. bu, çox tez olacaq”, - abş lideri bildirib.
o, atəşkəsin yaxınlaşdığına əminliyini ifadə edib: “düşünürəm ki, biz atəşkəsə yaxınlaşırıq, bu barədə sizə xəbər edəcəyik”.























