kiyev, 26 aprel, arhd.media
avropa yenidənqurma və inkişaf bankı (ayib) və norveç ukraynaya 410 milyon avro maliyyə yardımı ayıracaq. bu maliyyə vəsaiti qış mövsümü zamanı qazın alışına sərf olunacaq.
arhd.media xəbər verir ki, bu barədə ukraynanın baş naziri denis şmıqal məlumat verib.
baş nazir bildirib ki, bu gün vaşinqtonda ayib prezidenti odil renaud-basso ilə müqavilə imzalayıb.
“belə bir sənəd ukraynanın enerji dayanıqlığını gücləndirəcək. saziş dövlət zəmanəti ilə ayib-dən 270 milyon avro cəlb etməyi nəzərdə tutur ki, bu da norveç hökumətinin 140 milyon avro məbləğində qrantı ilə müşayiət olunacaq. bu, ukraynanın “naftogaz” şirkətinə növbəti istilik mövsümünə hazırlıq üçün əhəmiyyətli həcmdə təbii qaz idxal etməyə imkan verəcək”, - deyə şmıxal qeyd edib.
baş nazir bu razılaşmaya və davamlı dəstəyə, həmrəyliyə görə ayib prezidentinə təşəkkür edib. ümumilikdə, genişmiqyaslı müharibə başlayandan bəri avropa yenidənqurma və inkişaf bankı ukraynaya 6 milyard avrodan çox kredit, qrant və zəmanət ayırıb.
xatırladaq ki, ötən həftə ukraynanın növbəti istilik mövsümünə hazırlıq məqsədilə qaz depolamağa başladığı məlum olub. bu, ukraynanın rusiya ordusunun müntəzəm hücumları nəticəsində qaz hasilatının 40 faizini itirməsi fonunda baş verib.























