vaşinqton, 6 may, arhd.media
kanada satılmır və heç zaman da satılmayacaq.
arhd.media-ın məlumatına görə, bu sözləri kanadanın baş naziri mark karni ağ evdə abş prezidenti donald trampla görüş zamanı abş liderinin kanadanın 51-ci ştat olması ilə bağlı istəyinə cavab olaraq deyib.
"daşınmaz əmlak işindən də bildiyiniz kimi, satılmayan bəzi yerlər var. kanada da satılmır, heç vaxt satılmayacaq", - karni abş prezidentinə deyib. o xalqın da bunu istəmədiyini bildirib və əlavə edib ki, keçmişdə də olduğu kimi iki ölkə arasında tərəfdaşlıq və birgə görüləcək işlər üçün fürsət mövcuddur.























