moskva, 15 may, arhd.media
rusiya prezidenti vladimir putin ukrayna ilə istanbulda baş tutacaq danışıqlarda iştirak etməyəcək.
arhd.media xəbər verir ki, bu barədə rusiya liderinin mətbuat katibi dmitri peskov cnn telekanalına şərhində bildirib.
daha əvvəl məlum olub ki, rusiya nümayəndə heyəti ukrayna üzrə danışıqlarda iştirak etmək üçün artıq istanbula gəlib. rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi mariya zaxarova moskvanın ciddi işə hazır olduğunu təsdiqləyib. onun sözlərinə görə, rusiya tərəfinin diqqəti əsas məqsədi münaqişənin başlıca səbəblərini aradan qaldırmaq, uzunmüddətli və davamlı sülhə nail olmaqdan ibarət məzmunlu danışıqlara yönəlib.






















