ankarada türkiyə və ukrayna prezidentlərinin görüşü keçirilib

ankara, 15 may, arhd.media


türkiyə prezidenti rəcəb tayyib ərdoğan cümə axşamı, mayın 15-də ankarada ukraynalı həmkarı volodimir zelenski ilə görüşüb.

arhd.media xəbər verir ki, yüksəksəviyyəli danışıqlar prezident kompleksində mətbuat üçün qapalı rejimdə keçirilib.

istanbulda dolmabahçe sarayında keçirilən rusiya-ukrayna danışıqlarının bərpası fonunda volodimir zelenski türkiyədə işgüzar səfərdədir.

bu gün səhər saatlarında türkiyə prezident administrasiyası ərdoğan və zelenski arasındakı görüşü “rusiya-ukrayna müharibəsi kontekstində son hadisələrin hərtərəfli müzakirəsi üçün fürsət” adlandırıb.

"türkiyə prezidenti ukraynalı həmkarı ilə görüşdə dərhal atəşkəs və sülh danışıqlarının başlanmasının vacibliyi ilə bağlı mövqeyini vurğulayacaq”, -deyə prezident administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri fahreddin altunun paylaşımında deyilir.

Baxış sayı: 8 784

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə