mikayıl cabbarov islam inkişaf bankı qrupunun müdirlər şurasının sədri təyin olunub
iqtisadiyyat naziri mikayıl cabbarov islam inkişaf bankı (isdb) qrupunun müdirlər şurasının sədri təyin olunub.
bu barədə "arhd.media"a nazirlikdən bildirilib.
bununla əlaqədar isdb qrupunun əlcəzairdə keçirilən illik toplantısı çərçivəsində ev sahibliyini təhvilalma mərasimi keçirilib. isdb qrupunun 2026-cı ildə illik toplantısı azərbaycanda təşkil olunacaq.
m.cabbarov isdb qrupuna və üzv dövlətlərə azərbaycana göstərilən yüksək etimada görə təşəkkür edib. o qeyd edib ki, azərbaycan 2010-cu ildə bankın 35-ci illik toplantısına uğurla ev sahibliyi edib: "bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etmək azərbaycanın çoxtərəfli əməkdaşlığa, üzv ölkələri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. tədbir azərbaycanın islam maliyyə institutları ilə tərəfdaşlığının güclənməsinə və dayanıqlı iqtisadi inkişafa təkan verəcək".
nazir vurğulayıb ki, azərbaycan bankla səmərəli əməkdaşlıq edir və indiyədək birgə enerji, su təchizatı, infrastruktur, şəhərsalma və digər istiqamətlərdə dəyəri təxminən 1 milyard abş dolları olan layihələr icra olunub. xüsusilə, işğaldan azad olunmuş ərazilərdə bankla birgə həyata keçirilməsi nəzərdə tutulan “qız qalası” su anbarından suvarma kanalının çəkilişinə dair layihənin önəmi qeyd olunub.
gələn il azərbaycandakı illik toplantı çərçivəsində isdb-nin müdirlər şurasının 51-ci, beynəlxalq islam ticarət və maliyyə korporasiyasının baş assambleyasının 22-ci, investisiya və ixrac kreditlərinin sığortası üzrə islam korporasiyasının müdirlər şurasının 33-cü, özəl sektorun inkişafı üzrə islam korporasiyasının müdirlər şurasının 26-cı, inkişaf üzrə islam həmrəylik fondunun baş assambleyasının 19-cu illik toplantıları keçiriləcək.
tədbirdə isdb qrupunun azərbaycanda keçiriləcək illik toplantısı üçün təminatlara dair anlaşma memorandumu imzalanıb. sənəd 2026-cı ildə bakıda keçiriləcək illik toplantının səmərəli planlaşdırılması və təşkili məqsədilə əməkdaşlıq çərçivəsini müəyyən edir.
1973-cü ildə yaradılmış isdb-nin baş qərargahı səudiyyə ərəbistanının ciddə şəhərində yerləşir. iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə maliyyələşməni həyata keçirən isdb qrupu beynəlxalq islam ticarət və maliyyə korporasiyası, investisiya və ixrac kreditlərinin sığortası üzrə islam korporasiyası, özəl sektorun inkişafı üzrə islam korporasiyası, inkişaf üzrə islam həmrəylik fondu kimi strukturlara malikdir. 57 ölkə bankın üzvüdür. azərbaycan 1992-ci ildən banka üzv olub.





















