nato-nun baş katibi üzv ölkələrdən müdafiə xərcləri barədə razılığa gəlməyi gözləyir

berlin, 27 may, arhd.media


nato-nun baş katibi mark rutte alyansa üzv ölkələrin ümumi daxili məhsulun (üdm) 5 faizinin müdafiə xərclərinə ayrılması barədə razılığa gələcəyini gözləyir.

arhd.media “tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə m.rutte nato parlament assambleyasının abş-da keçirilən yaz sessiyasında bildirib.

“hesab edirəm ki, biz haaqada ümumilikdə 5 faizlik yüksək müdafiə xərcləri hədəfi barədə razılığa gələcəyik”, - deyə baş katib qeyd edib.

bu ayın əvvəlində m.rutte üdm-in 3,5 faizinin müdafiəyə, əlavə olaraq 1,5 faizinin isə infrastruktur layihələrinə ayrılmasını təklif etmişdi. nato-ya üzv ölkələr bu yeni hədəflər barədə iyunun 24–25-də haaqada keçiriləcək zirvə toplantısında razılığa gəlməyə çalışacaq.

almaniya müdafiə xərclərinin üdm-in 5 faizinədək artırılması hədəfini dəstəklədiyini artıq bəyan edib. müdafiə naziri boris pistoriusun sözlərinə görə, almaniya müdafiə xərclərinin üdm-dəki payını hər il 0,2 faiz artırmaqla 5-7 il ərzində hazırkı 2,1 faizdən 3,5 faizə çatdıra bilər. bu temp davam edərsə, 2032-ci ilədək 3,5 faizlik göstəriciyə nail olmaq mümkündür.

Baxış sayı: 3 542

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə