vatikan, 11 iyun, arhd.media
papa leo vatikanda bmt-nin baş katibi antonio quterreşlə görüşüb
roma katolik kilsəsinin rəhbəri papa xiv leo vatikanda bmt-nin baş katibi antonio quterreş ilə görüşüb.
arhd.media xəbər verir ki, bu barədə müqəddəs taxt-tacın mətbuat xidməti məlumat yayıb.
bildirilir ki, görüşdə hazırda dünyada yaşanan müxtəlif böhranların həllində bmt-nin üzləşdiyi çətinliklər nəzərdən keçirilib. eyni zamanda, konkret münaqişə və qeyri-sabitlik situasiyaları, bmt tərəfindən həyata keçirilən müxtəlif proseslər və qarşıdan gələn sammitlər barədə müzakirələr aparılıb.
vurğulanıb ki, müqəddəs taxt-tac bmt-nin dünyada sülhün təmin olunması istiqamətində səylərini dəstəkləyir.
























