vaşinqton, 11 iyun, arhd.media
abş prezidenti ilon maskla barışa biləcəyini deyib
abş prezidenti donald tramp milyarder, iş adamı ilon maskla barışa biləcəyini deyib.
arhd.media-ın məlumatına görə, bu barədə tramp “new york post”da yayımlanan podkastda səsləndirib. dövlət başçısı vurğulayıb ki, indi onun yeganə funksiyası ölkəni əvvəlkindən daha yüksək səviyyəyə qaytarmaqdır.
ilon mask da bu gün x hesabında prezidentlə bağlı yazdığı bəzi sözlərə görə təəssüf etdiyini bildirib.























