bakı, 13 iyun, arhd.media
israilin irana zərbələri fonunda avropada qazın qiyməti 4,5 faiz bahalaşıb
israilin irana zərbələri fonunda avropa birjasında qazın qiyməti 4,5 faiz bahalaşıb.
arhd.media xəbər verir ki, londonun ice birjasının məlumatına görə, niderlandın ttf habında mavi yanacağın iyul fyuçerslərinin qiyməti min kubmetr üçün 453 dollara yüksəlib.
qeyd edək ki, israil hərbi hava qüvvələrinin 200-dən çox qırıcısı gecə ərzində iranda yüksəkrütbəli hərbçilərin sığınacaqları da daxil olmaqla 100-dən çox hədəfə hücum edib.
hücum nəticəsində islam inqilabı keşikçiləri korpusunun (sepah, iran silahlı qüvvələrinin elit bölmələri) komandanı general-leytenant hüseyn salami, silahlı qüvvələrin baş qərargah rəisi general-leytenant məhəmməd baqiri və silahlı qüvvələrin mərkəzi qərargahının (“xatəm əl-ənbiya” - hava hücumundan müdafiə qüvvələrinin qərargahı) komandanı general-leytenant qulam əli rəşid öldürülüb. iranın ali dini lideri ayətullah əli xamenei israilin hərəkətlərinin cavabsız qalmayacağını deyib.























