israilin irana hücumu fonunda neftin qiyməti kəskin bahalaşıb

bakı, 13 iyun, arhd.media




israilin irana hücumu fonunda neftin qiyməti kəskin bahalaşıb


israilin irana hücumundan sonra dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.

arhd.media xəbər verir ki, yaxın şərqdə vəziyyətin gərginləşməsi fonunda “brent” markalı neftin qiyməti 6 faizdən çox bahalaşaraq yanvarın sonundan bəri ilk dəfə olaraq bareli 77 dollar həddini keçib. eyni zamanda, “west texas intermediate” (wti) xam neftinin qiymətində 6 faiz artım qeydə alınıb.

israilin irana zərbələrindən sonra abş və asiya indeksləri dəyər itirməyə, isveçrə frankı və qızılın dəyəri isə artmağa başlayıb.

qeyd edək ki, israil iyunun 13-nə keçən gecə iranın nüvə infrastrukturu və hərbi obyektlərinə zərbələr endirib. təl-əviv hava hücumlarının əməliyyatın ilk mərhələsi olduğunu bildirib. israilin baş naziri benyamin netanyahu ordunun qarşısına qoyulan missiya yerinə yetirilənə və iran təhlükəsi dəf edilənədək əməliyyatın davam edəcəyini deyib. eyni zamanda, iranın mümkün cavab zərbələri ilə əlaqədar israildə fövqəladə vəziyyət rejimi elan edilib.

Baxış sayı: 5 360

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə