bakı, 15 iyun, arhd.media
rəcəb tayyib ərdoğan azərbaycanı təbrik edib
türkiyə prezidenti rəcəb tayyib ərdoğan 15 iyun – milli qurtuluş günü münasibətilə azərbaycanı təbrik edib.
arhd.media xəbər verir ki, türkiyə lideri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"obamız, yuvamız, göz bəbəyimiz azərbaycanın 15 iyun - milli qurtuluş gününü ən səmimi arzularımla təbrik edir, bütün azərbaycanlı qardaşlarıma türkiyənin salamını və sevgilərini çatdırıram", - deyə rəcəb tayyib ərdoğan qeyd edib.























