istanbul, 20 iyun, arhd.media
türkiyə prezidenti ilə almaniya federal kansleri bölgədəki son hadisələri müzakirə ediblər
türkiyə prezidenti rəcəb tayyib ərdoğan ilə almaniya federal kansleri fridrix mers arasında telefon danışığı olub.
arhd.media xəbər verir ki, bu barədə türkiyə prezidenti administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
açıqlamaya əsasən, danışıq zamanı israil ilə iran arasındakı qarşıdurma, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
prezident ərdoğan iranla nüvə mübahisələrinin həll yolunun danışıqlar masası olduğunu, israilin irana hücumu ilə başlayan qarşıdurma prosesinin bölgənin təhlükəsizliyi üçün ən yüksək səviyyədə təhdid yaratdığını, alovlanan bu hadisələrin bölgəyə və avropaya miqrasiya axını, eləcə də nüvə sızıntısı ehtimalı baxımından zərər verə biləcəyini qeyd edib.
türkiyə prezidenti ölkəsinin qarşıdurmanın sona çatdırılması və sabitliyin təmin olunması üçün səylər göstərdiyini, bu səylərin davam edəcəyini vurğulayıb.























