abbas əraqçi: bmt üzvü olaraq iranın öz haqqını qorumaq hüququ var

istanbul, 22 iyun, arhd.media




abbas əraqçi: bmt üzvü olaraq iranın öz haqqını qorumaq hüququ var


istanbulda bölgədə sülhə yönəlmiş bir sıra müzakirələrimiz oldu. lakin anidən nüvə obyektlərimizə zərbələr endirildi. bu, son dərəcə ağrılı və daha əvvəl görülməmiş bir hücum idi. bmt ölkəsi olaraq iran öz haqqını qorumaq hüququna sahibdir. iran islam respublikası ərazi bütövlüyünü və xalqını qorumağa davam edəcək. bmt-nin nizamnaməsinə uyğun olaraq, iranın burada öz haqlarını qorumaq hüququ var və rəsmi tehran onu qorumaq üçün hər cür tədbiri görəcək.

arhd.media xəbər verir ki, bu fikirləri iranın xarici işlər naziri abbas əraqçi istanbulda islam əməkdaşlıq təşkilatının (iət) xarici işlər nazirləri şurasının 51 ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında ifadə edib.

beynəlxalq ictimaiyyətin bu cür yanaşmaya səssiz qalmasının bmt nizamnaməsini və beynəlxalq hüququn normalarını pozduğunu qeyd edən iranın xin başçısı deyib: “bmt təcili toplantı keçirərək bu hücumu dəyərləndirilməlidir. bu, dialoq səviyyəsində olan məsələyə edilən hücumdur.

iranı yalnız abş-ın hərbi təcavüzünə qarşı deyil, həm də israilin hücumlarına qarşı qoruyacağıq. irana “diplomatiyaya qayıdın” çağırışı etmək artıq çox da məna kəsb etmir. biz indi kiminlə masaya oturacağımızı bilmirik. nüvə obyektlərimizə dəyən zərərin həcmi ilə bağlı hələlik açıqlama vermək çətindir”.

əraqçi, həmçinin moskvaya gedəcəyini və rusiya prezidenti vladimir putinlə görüşəcəyini bildirib.

Baxış sayı: 4 340

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə