

qahirə, 16 iyul, arhd.media
iraqda yenidən qurulan mosul beynəlxalq hava limanının açılışı olub
iraqın nineviya vilayətində yenidən qurulan mosul beynəlxalq hava limanının rəsmi açılış mərasimi keçirilib. tədbirdə baş nazir məhəmməd şiya əs-sudani iştirak edib.
arhd.media xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibliyinin açıqlamasında bildirilib.
bildirilir ki, hava limanı iki aydan sonra tam fəaliyyətə başlayacaq. aeroportu idarə edəcək şirkətin seçimlərinə başlanıb.
qeyd olunur ki, işid terror təşkilatının mosulu işğal etdiyi zaman hava limanına böyük ziyan dəyib. şəhər azad ediləndən sonra aeroport yenidən qurulub, əlavə binalar tikilib.























