stokholm, 23 iyul, arhd.media
stokholmda abş ilə çin arasında ticarət danışıqları aparılacaq
qarşıdakı həftənin əvvəlində isveçin paytaxtı stokholm şəhərində abş ilə çin arasında gömrük rüsumlarına və ticari münasibətlərə həsr olunmuş danışıqlar aparılacaq.
arhd.media xəbər verir ki, bu barədə birləşmiş ştatların maliyyə naziri skott bessent “fox business” telekanalına müsahibəsində məlumat verib.
görüş bazar ertəsi və çərşənbə axşamı baş tutacaq. əsas mövzu avqustun 12-də başa çatacaq müvəqqəti ticarət sazişinin müddətinin mümkün uzadılması olacaq. danışıqlar zamanı çinin rusiya və irandan neft alması, ticarət balansının pozulması və nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlər kimi həssas məsələlərə də toxunula bilər.
isveçin baş naziri ulf kristersson tərəfləri salamlayaraq dialoqun vacibliyini vurğulayıb: “abş və çinin qarşılıqlı anlaşma istiqamətində səyləri yaxşı haldır. bu danışıqlar təkcə iki ölkə üçün deyil, bütün qlobal iqtisadiyyat üçün vacibdir”, - deyə o qeyd edib.
kristersson əlavə edib ki, beynəlxalq ticarətin və isveçin maraqlarının qorunması hökumətin prioritetlərindən biri olaraq qalır.























