amb: əmanətlərinin dollarlaşma səviyyəsinin azalması məzənnə ilə bağlı gözləntilərin nikbinliyini göstərir

bakı, 23 iyul, arhd.media




amb: əmanətlərinin dollarlaşma səviyyəsinin azalması məzənnə ilə bağlı gözləntilərin nikbinliyini göstərir


illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin iyununda 12 aylıq inflyasiya 6 faiz təşkil edib. illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7 faiz, ödənişli xidmətlər üzrə 7,2 faiz, qeyri-qida məhsulları üzrə isə 2,8 faiz təşkil edib. illik baza inflyasiya isə 4,8 faiz olub.

arhd.media azərbaycan mərkəzi bankına (amb) istinadla xəbər verir ki, son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayıb. beynəlxalq valyuta fondunun məlumatına görə, 2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik 0,6 faiz, o cümlədən ərzaq qiymətləri indeksi 4,2 faiz azalıb.

cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.

Baxış sayı: 7 670

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə