vaşinqton, 26 iyul, arhd.media
tramp şotlandiyada ai ilə ticarət sazişi üzrə danışıqlar aparacaq
abş prezidenti donald tramp bazar günü şotlandiyada avropa komissiyasının prezidenti ursula fon der lyayen ilə görüşəcəyini təsdiqləyib.
arhd.media-ın məlumatına görə, bu barədə o, şotlandiyaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. “biz bir razılaşma üzərində işləyəcəyik. razılaşma əldə edib-etməyəcəyimizi görəcəyik. çox hörmət etdiyim ursula fon der lyayen burada olacaq. bunu səbirsizliklə gözləyirik”,- deyə tramp bildirib.























