sorğu: ukraynanın ai və nato-ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir

sorğu: ukraynanın ai və nato-ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir

kiyev, 6 fevral,  arhd.media

ukraynanın xarici siyasət vektoru məsələsi bu gün ölkədə cəmiyyəti konsolidasiya edən amil olaraq qalır. əksəriyyət avro-atlantik inteqrasiyanı dəstəkləyir.

arhd.media bu barədə “reytinq” sosioloji qrupunun keçirdiyi sorğunun nəticələrinə istinadla xəbər verir.

ukraynanın avropa ittifaqına (ai) və nato-ya daxil olmasına dəstək davamlı olaraq yüksəkdir: respondentlərin 69 faizi ai-yə, 67 faizi isə şimali atlantika alyansına daxil olmağın tərəfdarıdır.

respondentlərin 16 faizinin fikrincə, ai-yə qoşulmaq gələcəkdə ukraynalıları birləşdirə bilər, sorğuda iştirak edənlərin 4 faizi isə bu addımın onları parçalaya biləcəyinə inanır.

bundan əlavə, respondentlərin 15 faizi əmindir ki, nato-ya daxil olmaq ölkə vətəndaşlarını birləşdirəcək, 7 faizi isə bunun əksini düşünür.

eyni zamanda, xarkov və donetsk vilayətlərində nato-ya daxil olmaq məsələsinə (20 faizə qədər) tənqidi münasibət var.

“reytinq” sosioloji qrupu bütün ukrayna üzrə bir sıra dövri sosioloji tədqiqatlar aparır. onlar müharibə zamanı ukraynalıların həyatının müxtəlif aspektlərinə toxunur: ümumi vəziyyət, gələcəyə baxış, regionun dərk edilməsi, birlik və parçalanma amilləri və sairə.

Baxış sayı: 6 425

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə