bakı, 7 fevral, arhd.media
fevralın 8-də qəzza zolağında saxlanılan girovların azadlığa buraxılması müqabilində israil 183 fələstinli məhbusu azad edəcək.
arhd.media xəbər verir ki, bu barədə fələstinli məhbuslar üzrə informasiya idarəsi məlumat yayıb.
“şənbə günü israil ilə razılaşmanın bir hissəsi olaraq ömürlük həbsə məhkum edilmiş 18, uzunmüddətli həbs cəzasına məhkum edilmiş 54 və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 111 fələstinli azad ediləcək”, - məlumatda deyilir.
fələstinin həmas hərəkatı fevralın 8-də qəzza zolağında saxlanılan biri almaniya vətəndaşı olan üç israilli girovu azad edəcəyini də açıqlamışdı.






















