vaşinqton, 21 sentyabr, arhd.media
usa tramp: əfqanıstan baqram aviabazasını abş-a qaytarmasa, pis şeylər baş verəcək
əgər əfqanıstan baqram aviabazasını onu tikənlərə, yəni amerika birləşmiş ştatlarına qaytarmasa, pis şeylər baş verəcək. azərtac-ın məlumatına görə, bu sözləri abş prezidenti donald tramp “truth” sosial şəbəkəsində yazıb.
qeyd edək ki, birləşmiş krallığa səfəri zamanı keçirdiyi mətbuat konfransında tramp abş-ın baqram aviabazasını qaytarmaq və əfqanıstanda mövcudluğunu bərpa etmək niyyətini açıqlamışdı.






















