italiyanın baş naziri suriyanın lideri ilə görüşüb

roma, 24 sentyabr, arhd.media





italiyanın baş naziri suriyanın lideri ilə görüşüb


italiyanın baş naziri ciorcia meloni nyu-yorkda bmt baş assambleyasının 80-ci sessiyası çərçivəsində suriyanın keçid dövrü prezidenti əhməd əl şaraa ilə görüşüb.

arhd.media xəbər verir ki, bu barədə italiya nazirlər şurası məlumat yayıb.

bildirilib ki, görüşdə italiyanın sabit və suveren suriyanın yenidən qurulmasına, o cümlədən italiya şirkətlərinin qarşılıqlı maraq doğuran bir çox sektorlara sərmayələri vasitəsilə dəstəyinin əhəmiyyəti qeyd olunub. baş nazir italiya hökumətinin qarşılıqlı əməkdaşlıq fəaliyyətinin inkişafı üçün üzərinə götürdüyü mühüm öhdəlikləri vurğulayıb.

liderlər suriya cəmiyyətinin bütün təbəqələrinin daxil edilməsi və qorunması üzərində işləmək zərurəti və suriyalı qaçqınların könüllü və təhlükəsiz geri qayıtmalarını təmin etmək üçün səylərin davam etdirilməsi barədə razılığa gəliblər.

Baxış sayı: 6 829

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə