nyu-york, 26 sentyabr, arhd.media
pakistanın baş naziri bmt baş assambleyasından azərbaycana təşəkkür edib
pakistanın baş naziri məhəmməd şahbaz şərif ölkəsinə diplomatik dəstəyinə görə azərbaycana təşəkkür edib.
arhd.media -ın məlumatına görə, bu barədə o, bmt baş assambleyasında çıxışı zamanı deyib. o, azərbaycanla yanaşı çinə, türkiyəyə, səudiyyə ərəbistanına, qətərə, irana, bəə-yə və bmt-nin baş katibinə təşəkkürünü ifadə edib.
“biz müharibədə qalib gəldik və indi biz öz bölgəmizdə sülh axtarışındayıq”, - deyə pakistanın baş naziri bildirib.
























