vaşinqton, 1 oktyabr, arhd.media
abş hökuməti fəaliyyətini dayandırıb
abş hökuməti rəsmi olaraq fəaliyyətini dayandırıb.
arhd.media-ın məlumatına görə, senat federal maliyyələşdirmənin uzadılmasına dair razılaşma əldə etmədiyi üçün federal hökumət oktyabrın 1-də yerli vaxtla saat 00:01-dən etibarən (bakı vaxtilə 08:00) şatdaunla üzləşib. sonuncu dəfə bu hadisə 7 il əvvəl abş prezidenti donald trampın ilk prezidentliyi dövründə baş vermişdi.
şatdaunun nə qədər davam edəcəyi məlum deyil. oktyabrın 1-i gündüz saatlarında senatorlar hökumətin maliyyələşdirilməsinin uzadılmasına dair səsvermə üçün yenidən bir araya gələcəklər.
























