şalva papuaşvili: ai-nin atət/dtihb-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür

tbilisi, 8 fevral,  arhd.media


şalva papuaşvili: ai-nin atət/dtihb-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür 


gürcüstan parlamentinin sədri şalva papuaşvili sosial şəbəkə hesabında avropa ittifaqının ali nümayəndəsi/avropa komissiyasının vitse-prezidenti kaia kallasi və genişlənmə üzrə avropa komissarı marta koscinin gürcüstandakı mövcud vəziyyətlə bağlı bəyanatlarına cavab verib.

arhd.media xəbər verir ki, ş.papuaşvili onları ikiüzlülükdə günahlandırıb.

onun sözlərinə görə, səhvləri etiraf etmək, zorakı etirazları pisləmək və avropa demokratiya fondunun (eed) maliyyəsini açıqlamaq əvəzinə, gürcüstana qarşı məlumatsız və əsassız ittihamlar irəli sürmək yersiz və ədalətsizdir.

papuaşvili yazıb: “avropa ittifaqının atət/dtihb-nin seçki hesabatını tanımayan qurumlarının rəhbərlərinin atət/dtihb-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür”.

Baxış sayı: 4 329

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə