bakı, 8 fevral, arhd.media
üç girov azad edilərək israil hərbçilərinə verilib
israilli üç girov fələstinli radikallar tərəfindən azad edilərək beynəlxalq qırmızı xaç komitəsinin vasitəçiliyi ilə israil müdafiə ordusunun hərbçilərinə təhvil verilib.
arhd.media xəbər verir ki, bu barədə israil müdafiə ordusunun mətbuat xidməti məlumat yayıb.
“azad edilmiş üç girov israil müdafiə ordusu qüvvələrinə qəzza sektorunda təhvil verildi. hazırda onlar ordunun xüsusi bölmələri tərəfindən israil ərazisinə aparılır və orada ilkin tibbi müayinədən keçiriləcəklər”, – deyə bəyanatda bildirilir.






















