bakı, 8 fevral, arhd.media
misir xin: fələstinlilər qəzzada qalmalıdırlar
fələstinlilər qəzza zolağının erkən bərpa və yenidənqurma mərhələsində bölgədə qalmalıdırlar.
arhd.media xəbər verir ki, bu barədə misirin xarici işlər naziri bədr abdel ati portuqaliyalı həmkarı paulo ranjel ilə telefon danışığı zamanı bildirib.
misir xarici işlər nazirliyinin (xin) rəsmi açıqlamasında deyilir: “nazir fələstinli əhalinin qəzza sektorunda qalmasının zəruriliyini vurğulayıb. fələstin anklavının gələcəyi ilə bağlı hər hansı planlar iordan çayının qərb sahili və qəzza zolağının birliyi çərçivəsində həyata keçirilməli və fələstin administrasiyasının qəzzaya qaytarılmasını nəzərdə tutmalıdır”.
qeyd edək ki, fevralın 4-də abş prezidenti donald tramp israilin baş naziri benyamin netanyahu ilə ağ evdə keçirdiyi birgə mətbuat konfransında vaşinqtonun qəzza sektoruna uzunmüddətli nəzarəti nəzərdən keçirdiyini açıqlayıb. o, bu addımın yaxın şərqdə sülh naminə atılacağını bildirib və fələstinlilərin anklavdan digər region ölkələrinə köçürülməsini təklif edib.






















