livanın cənubunda israil ordusunun pua-larının hücumu nəticəsində "hizbullah" hərəkatının komandirlərindən biri öldürülüb.
arhd.media xəbər verir ki, bu barədə "al hadath" telekanalı məlumat yayıb.
"hizbullah" hərbi rəhbərliyinin üzvü livanın cənubunda israilin pua hücumu nəticəsində öldürülüb. dronun vurduğu avtomobildə hərəkatın komandiri olub. hadisə beyrutdan 70 km aralıda yerləşən nabatiya şəhərində baş verib. raket avtomobilə dəyib, yanğın başlayıb və içəridə olan "hizbullah"çı aldığı xəsarətlərdən ölüb", - xəbərdə bildirilir.























