abş prezidenti donald tramp bildirib ki, iran vaşinqtondan tehrana qarşı tətbiq olunan sanksiyaların ləğv olunmasını xahiş edib.
bu barədə "azad iran" "telegram" kanalı məlumat yayıb.
"iran tərəfi sanksiyaların aradan qaldırılıb-qaldırılmayacağını soruşub. bu ölkə hazırda abş-nin çox ciddi sanksiyaları altındadır və bu onların bir çox planlarını həyata keçirməsini çətinləşdirib. mən onları dinləməyə hazıram, nə olacağını görəcəyik. bunu etməyə hazıram", - deyə abş lideri bu gün açıqlamasında qeyd edib.
abş prezidenti suriyaya qarşı sanksiyaların ləğv edilməsi ilə tehrana bir şans verdiklərini və iranın bu istiqamətdə "indiyədək yaxşı iş gördüyünü" də vurğulayıb.




















