“qəzzada ekoloji vəziyyət fəlakət həddinə çatıb, epidemiya riski isə yüksəkdir”. 


arhd.media  xəbər verir ki, bu barədə anklavın xan yunis şəhərinin bələdiyyə sədri əlaa-əl batta “əl-cəzirə” telekanalına bildirib.


“biz xəstəliklərin və epidemiyaların yayılmasına səbəb olacaq əsl fəlakətlə üzləşirik”, - kanalın müsahibi vurğulayıb. 


onun sözlərinə görə, hərbi əməliyyatlar sektorda çox böyük dağıntılara səbəb olub ki, bu da zibil və tullantıların vaxtında daşınmasını çətinləşdirir: 


“vəziyyəti pisləşdirən digər bir amil bombardmanlar nəticəsində sektorun bitki örtüyünün 90%-nin məhv olmasıdır”. 


qeyd edək ki, daha əvvəl bmt-nin inkişaf proqramının (undp) qəzza bölməsinin rəhbəri alessandro mrakiç anklavda tonlarla zibilin olduğunu, antisanitar şəraitin isə yerli əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirmişdi. 

Baxış sayı: 2 855

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə