türkiyədə istanbul baş prokurorluğunun terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması cinayətlərinin istintaqı bürosu məşhur "gain media" rəqəmsal platformasına qarşı əməliyyat keçirib.
bu barədə arhd.media "trt haber"ə istinadən xəbər verir.
məlumata görə, istanbul baş prokurorluğunun koordinasiyası altında aparılan istintaq çərçivəsində "gain media"nın və onunla əlaqəli şirkətlərin fəaliyyəti araşdırılıb.
əməliyyat nəticəsində qanunsuz qumar fəaliyyəti və cinayətkar təşkilat yaratmaq ittihamı ilə 3 şübhəli saxlanılıb.
istintaqın detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.























