
bu gün səhər saatlarında moskvada avtomobilin altına quraşdırılmış partlayıcı qurğu partladılıb.
arhd.media tass-a istinadən xəbər verir ki, bu barədə məlumatı rusiya istintaq komitəsinin rəsmi nümayəndəsi svetlana petrenko açıqlayıb.
onun sözlərinə görə, yasenevaya küçəsində qeydə alınan hadisə zamanı rusiya silahlı qüvvələrinin baş qərargahının operativ hazırlıq idarəsinin rəisi general-leytenant fanil sarvarov həlak olub.
faktla bağlı araşdırma başladılıb.
rusiya müdafiə nazirliyinin məlumatına görə, 56 yaşlı fanil sarvarov 2016-cı ildə həmin vəzifəyə təyin edilib. o, 1992-2003-cü illərdə çeçenistanda hərbi əməliyyatlarda iştirak edib, 2015-2016-cı illərdə isə suriyada xidmət aparıb.





























