abş prezidenti donald tramp hazırda iranda davam edən etiraz aksiyaları ilə bağlı xəbərdarlıq edib.
arhd.media xəbər verir ki, tramp bu barədə özünün “truth social” sosial şəbəkə hesabında yazıb.
onun sözlərinə görə, abş irandakı dinc etirazçılara yardım etməyə hazırdır: “əgər iran dinc etirazçılara atəş açsa və onları qəddarlıqla öldürsə, hansı ki bu onların adətidir, abş onların köməyinə gələcək. biz tam hazırıq”.
xatırladaq ki, iranda bir neçə gündür qiymətlərin kəskin artması və milli valyutanın dəyərinin enməsi fonunda hökumətə qarşı etirazlar müxtəlif şəhər və əyalətlərdə davam edir. aksiyalar zamanı bir neçə etirazçının güllə yarası alaraq öldüyü bildirilir.























