yanvarın 2-də meksikada baş verən güclü zəlzələdən sonra seysmoloqlar 900-dən çox afterşok qeydə alıblar.
arhd.media -ın xəbərinə görə, bu barədə milli seysmoloji xidmət "x" hesabında məlumat verib.
"2 yanvar saat 20:00-a olan məlumata görə, qerrero ştatının san-markos rayonunda baş verən 6.5 bal gücündə zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - deyə məlumatda bildirilib.
seysmoloqlar ən güclü afterşokun 4.7 bal gücündə olduğunu bildiriblər.
xatırladaq ki, yanvarın 2-də meksika sahillərində 6.5 bal gücündə zəlzələ baş verib. seysmoloqların məlumatına görə, onun episentri akapulko-de-xuares şəhərindən təxminən 65 kilometr cənub-şərqdə yerləşib. mexiko şəhərinin meri klara bruqada fəlakət nəticəsində 12 nəfərin xəsarət aldığını deyib.






















