iranın ali lideri ayətullah əli xamenei iran təhlükəsizlik qüvvələrinin etirazları yatıra bilməyəcəyi təqdirdə təxliyə planı hazırlayıb.
arhd.media xəbər verir ki, bu barədə "the times" kəşfiyyat hesabatına istinadən məlumat yayıb.
bildirilir ki, ordunun və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini və ya əmrləri yerinə yetirmədiyini görərsə, 86 yaşlı iran lideri 20 nəfərlik yaxın ətrafı və ailə üzvlərinin müşayiəti ilə tehrandan qaçmağı planlaşdırır.
"xamenei moskvaya qaçacaq, çünki onun başqa yeri yoxdur", - uzun müddət israil kəşfiyyatına xidmət edən və islam inqilabından səkkiz il sonra irandan qaçan beni sabti belə deyib.
nəşrin qeyd etdiyinə görə, qaçış planı 2024-cü ilin dekabrında devrilmiş suriya lideri bəşər əsədin dəməşqdən moskvaya qaçış təcrübəsinə əsaslanır.























