roma, 11 fevral, arhd.media
avrozonada investorların inam indeksi yüksəlib
avrozonada investorların inam indeksi yüksəlib.
arhd.media xəbər verir ki, yanvarda ayında mənfi 17,7 olan investorların inam indeksi fevralda 5 bənd artaraq mənfi 12,7 olub.
bazar proqnozları 2024-cü ilin iyul ayından bu vaxtadək ən yüksək səviyyəyə çatan indeksin mənfi 16,3 səviyyəsinə yüksələcəyi istiqamətində idi.
investorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi isə mənfi 5-dən 1-ə yüksəlib. beləliklə də, indeks ötən ilin iyulundan bəri ilk dəfə sıfırı keçib.
cari vəziyyət indeksi də mənfi 29,5-dən mənfi 25,5-ə yüksəlib.






















