“irandakı genişmiqyaslı iğtişaşlara görə israil və abş məsuliyyət daşıyırlar”. 


arhd.media  tass-a istinadən xəbər verir ki, bu barədə iranın ali milli təhlükəsizlik şurasının bəyanatında deyilir. 


“son günlər davam edən iğtişaşlar iqtisadi qeyri-sabitliyə qarşı etirazlarla başlasa da, israil onları ölkədəki sabitliyin pozulması istiqamətinə yönəldib. abş prezidenti donald trampın son bəyanatları, iran xalqının həyatının dayaqlarını sarsıtmağa çalışan iki rejimin sövdələşməsini bir daha təsdiqləyir. iran xalqı artıq bir dəfə - 12 günlük müharibə (iran-israil müharibəsi - red.) zamanı birliyini nümayiş etdirərək, düşməni strateji məğlubiyyətini etiraf etməyə məcbur edib. bu gün eyni birlik sayəsində biz onların bütün dağıdıcı planlarını pozacağıq”, - bəyanatda deyilir.


qeyd edək ki, iranda iqtisadi problemlər və milli valyutanın kəskin dəyər itirməsi səbəbindən başlayan etirazlar ölkənin müxtəlif bölgələrinə yayılıb. təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində indiyədək 46 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı, iki mindən çox insanın isə saxlanıldığı bildirilir.

Baxış sayı: 2 983

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə