irəvan və tehran arasında hər iki istiqamətdə planlaşdırılan aviareyslər ləğv olunub.


arhd.media xəbər verir ki, bu haqda “sputnik armenia”ya “zvartnots” aeroportu məlumat verib.


bildirilib ki, tehran–irəvan marşrutu üzrə uçuş yerli vaxtla saat 17:15-də irəvana enməli idi. eyni gün irəvandan tehrana nəzərdə tutulan reys isə saat 18:15-də havaya qalxmalı idi.


lakin iranda yaranmış gərgin ictimai-siyasi vəziyyətlə əlaqədar hər iki uçuş ləğv edilib.


qeyd edək ki, iranda etiraz dalğası 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan rialın kəskin ucuzlaşmasından sonra başlayıb. əvvəlcə narazılıqlar əsasən qiymət artımı və məzənnə dəyişikliklərinin əhaliyə təsiri ilə bağlı idi. sonradan aksiyalar bir sıra şəhərlərdə polis qüvvələri ilə toqquşmalara çevrilib.


daha əvvəl isə thy və “flydubai” kimi şirkətlər tehrana uçuşları dayandırdığını açıqlamışdı.

Baxış sayı: 2 801

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə