abş prezidenti donald tramp özünün tarif siyasəti ilə vaşinqtonun dünya dövlətlərinin demək olar ki, 40%-i ilə olan ticarət əlaqələrini azaldıb.
arhd.media bildirir ki, bu barədə "ria novosti" agentliyi abş-nin gömrük orqanlarının məlumatlarına istinadən xəbər verir.
agentliyin tanış olduğu statistikaya əsasən, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində abş 232 ticarət tərəfdaşından 86-sı ilə əmtəə dövriyyəsini azaldıb ki, bu da bütün yurisdiksiyaların 37%-ni təşkil edir.
ən kəskin azalma qəzza zolağı ilə qeydə alınıb, ticarət dövriyyəsi 177 dəfə azalaraq 2.6 min dollara düşüb. əhəmiyyətli dərəcədə azalmanın müşahidə olunduğu ölkələr arasında afrika dövlətləri - eritreya (-88.8%), car (-68.1%), tanzaniya (-63.4%), həmçinin qrenlandiya (-86.6%), monako (-67,5%) və bosniya və herseqovina (-60%) daxil olmaqla 12 avropa ölkəsi yer alıb.
şərqi asiyada ticarət dövriyyəsi ən çox laos (-54%), bruney (-24.2%) və çinlə (-23.2%) azalıb. mərkəzi asiyada isə bu azalma monqolustan (-43.6%), tacikistan (-29.3%) və qazaxıstanda (-15.7%) qeydə alınıb. yaxın şərqdə isə geriləmə yəmən (-55.9%) və irana (-38.5%) təsir edib.























