pkk tərəfindən istanbul bələdiyyələrinə sızdırılan on şübhəli şəxs saxlanılıb

istanbul, 11 fevral, günel karatepe,  arhd.media


pkk tərəfindən istanbul bələdiyyələrinə sızdırılan on şübhəli şəxs saxlanılıb


istanbulda pkk/kck terror təşkilatı üzvlərinin şəhər bələdiyyələrinə yerləşdirilməsi iddiası ilə başladılan istintaq nəticəsində aralarında bələdiyyə sədrlərinin müavinlərinin də olduğu 10 şübhəli istintaqa cəlb olunub.

arhd.media  xəbər verir ki, istanbul respublika baş prokurorluğunun terror cinayətləri istintaq bürosu tərəfindən aparılan araşdırmada pkk/kck terror təşkilatı üzvlərinin türkiyənin böyük şəhər bələdiyyələrinə sızdırılması tapşırığının verildiyi müəyyən edilib.

bu çərçivədə təşkilatın “xalqların demokratik konqresi” strukturu daxilində fəaliyyət göstərən şəxslərin müxtəlif adlar altında istanbul bələdiyyələrinə yerləşdirildiyi aşkarlanıb. bununla bağlı istanbulun 12 rayonunda keçirilən xüsusi əməliyyat nəticəsində başda kartal və ataşehir bələdiyyə sədrlərinin müavinləri olmaqla, sancaktepe, fatih, tuzla, adalar, şişli, beyoğlu bələdiyyələrinin üzvlərindən ibarət on nəfər nəzarətə götürülüb.

şübhəlilərin xidməti otaqları və yaşayış yerlərində axtarışların davam etdiyi bildirilir.

Baxış sayı: 3 209

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə