abş ordusu suriyanın şimal‑şərqində həbsdə olan işid üzvlərinin iraqa köçürülməsinə başlayıb.
“arhd.media” “reuters”ə istinadən xəbər verir ki, ilk mərhələdə 150 məhbusun köçürülməsi həyata keçirilib.
məlumata görə, ümumilikdə 7 000 nəfərədək məhbusun iraqa daşınması planlaşdırılır.
bu qərarın suriya hökumətinin bölgədə nəzarəti təmin etməsi və məhbusların qaçmaq riski səbəbilə qəbul edildiyi bildirilir. belə ki, bir neçə gün öncə atəşkəs çərçivəsində geri çəkilən suriya demokratik qüvvələrinin (sdq) nəzarətsiz qoyduğu “şəddadi” həbsxanasında saxlanılan təxminən 200 nəfər işid üzvü qaçmağa nail olsa da, onların bir çoxu ələ keçirilərək geri qaytarılıb.
suriya həbsxanalarında ümumilikdə 10 mindən çox işid üzvünün saxlanıldığı bildirilir.























