filippin sahillərində içərisində 350-dən çox insan olan bərə batıb.
“arhd.media” xəbər verir ki, bununla bağlı xarici kiv məlumat yayıb.
bildirilib ki, hadisə nəticəsində 15 nəfər həlak olub, 43 nəfər itkin düşüb, azı 316 sərnişin isə xilas edilib.
ilkin ehtimala görə bərənin batmasına səbəb texniki nasazlıq olub.
qeyd edək ki, qəzaya uğrayan bərənin içərisində 27 ekipaj üzvü olub.
faktla bağlı araşdırma aparılır.






















