vaşinqton regiondakı müttəfiq ölkələrdən birinə abş-nin irana mümkün hərbi hücumunun bazar günü başlaya biləcəyi barədə məlumat verib.


“arhd.media” xəbər verir ki, bu barədə abş mətbuatı yazır.


məlumata əsasən, hücumun əsas hədəfi iran rəhbərliyi, eləcə də, ölkənin nüvə və ballistik raket infrastrukturu ola bilər.


prezident donald trampın irana “razılaşma üçün son tarix verdim” açıqlamasından sonra amerika mediasında bu tarixlə bağlı iddialar artmaqda davam edir.


“dropsite news”un məlumatına görə, abş-nin yüksək vəzifəli rəsmiləri trampın bu həftəsonu irana hücum qərarını təsdiqləyə biləcəyini müttəfiq ölkəyə çatdırıblar. mənbələr hücumların bazar günü başlayacağını iddia edirlər.


xəbərdə qeyd olunur ki, tramp administrasiyasına yaxın şərq siyasəti ilə bağlı qeyri-rəsmi məsləhətlər verən keçmiş kəşfiyyat rəsmisi məsələnin artıq nüvə və ya raket proqramı ilə məhdudlaşmadığını bildirib. onun sözlərinə görə, əsas məqsəd iranda rejim dəyişikliyinə nail olmaqdır.


mənbənin iddiasına əsasən, planlaşdırılan hücum iran rəhbərliyini, nüvə obyektlərini, ballistik raket qurğularını və digər hərbi hədəfləri əhatə edəcək. bildirilir ki, tramp administrasiyası mümkün hücumun uğurlu olacağı təqdirdə ölkə daxilində kütləvi etirazların yenidən başlaya biləcəyini və bunun hökumətin devrilməsinə gətirib çıxara biləcəyini hesablayır. abş mərkəzi komandanlığı (centcom) isə bu iddialara münasibət bildirməkdən imtina edib.


digər tərəfdən, abş mərkəzi komandanlığı hörmüz boğazında həftəsonu keçirilməsi planlaşdırılan iran hərbi təlimləri ilə bağlı xəbərdarlıq yayıb. centcom iran inqilab keşikçilərini təlimlər zamanı abş qüvvələrindən uzaq durmağa çağırıb.


bəyanatda iranın bölgədə hərbi fəaliyyət göstərmək hüququ tanınsa da, “beynəlxalq naviqasiya azadlığına lazımsız risklər yaradılmamalı” olduğu vurğulanıb. abş tərəfi bildirib ki, amerika hərbi qüvvələrinin üzərindən uçuşlar, toqquşma kursunda gəmilərə yüksək sürətlə yaxınlaşma və ya abş əsgərlərinə silah tuşlamaq kimi hərəkətlərə dözümlə yanaşılmayacaq.


abş prezidenti donald tramp ağ evdə keçirilən imzalanma mərasimində iranla bağlı açıqlama verib: “biz irana çoxlu sayda gəmi göndəririk. ümid edirəm ki, razılaşma əldə edə bilərik. əgər razılaşma olsa, bu yaxşıdır; əks halda nə olacağını görəcəyik”.


tramp bildirib ki, irana doğru hərəkət edən amerika donanması venesuela üçün karib dənizinə göndərilən donanmadan daha böyükdür. prezident iranla təmasların davam etdiyini və son vaxtlar edamların dayandırılmasına nail olunduğunu qeyd edib: “iranın həqiqətən razılaşma istədiyini düşünürəm”.


irana razılaşma üçün son tarix verib-vermədiyi sualına isə tramp “bunu yalnız onlar bilir” cavabını verib.


iranın ali rəhbəri əli xameneinin müşaviri əli şamxani isə mümkün münaqişə halında iranın sərt cavab verəcəyini bildirib. onun sözlərinə görə, iranın cavabı israilin dərinliklərində hədəflərin vurulmasını da əhatə edə bilər.


şamxani “düşmənlərin irana hücum planları” barədə məlumatlı olduqlarını, bu planları neytrallaşdıracaq nöqtələrə zərbə endiriləcəyini bildirib.


xatırladaq ki, yanvarın 28-də donald tramp sosial media hesabında abş hərbi dəniz qüvvələrinə məxsus nəhəng bir armadanın irana doğru hərəkət etdiyini açıqlayıb. tramp bu donanmaya “uss abraham lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyini və onun venesuelaya göndəriləndən daha böyük olduğunu qeyd edib.


abş mərkəzi komandanlığı da “uss abraham lincoln” zərbə qrupunun regional təhlükəsizlik və sabitliyi dəstəkləmək məqsədilə yaxın şərqə yerləşdirildiyini təsdiqləyib.

Baxış sayı: 2 264

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə