xəbər verdiyimiz kimi, iran prezidenti məsud pezeşkian abş ilə nüvə danışıqlarının bərpası haqqında göstəriş verib.
“arhd.media”ın məlumatına görə, artıq iran mətbuatında danışıqların vaxtı və məkanı barədə xəbərlər yayılıb.
bildirilir ki, görüşün yaxın günlərdə türkiyədə keçirilməsi planlaşdırılır.
qeyd edək ki, daha əvvəl danışıqların iranın xarici işlər naziri abbas araqçı və abş-nin xüsusi nümayəndəsi stiv uitkoff səviyyəsində keçiriləcəyi barədə məlumat yayılmışdı.























