"vaşinqton administrasiyası omanda iran nümayəndələri ilə danışıqlar aparmağa razılıq verib və məsləhətləşmələrin fevralın 6-da keçirilməsi gözlənilir".


arhd.media xəbər verir ki, bu barədə abş-nin "axios" internet portalının jurnalisti barak ravid sosial şəbəkə hesabında məlumat verib.


"abş və iran arasında nüvə danışıqlarının cümə günü omanda keçirilməsi gözlənilir. tramp administrasiyası iran tərəfinin xahişi ilə danışıqları türkiyədən başqa yerə köçürməyə razılıq verib. ərəb və müsəlman dövlətlərinin oman danışıqlarında iştirak edib-etməyəcəyi ilə bağlı məsləhətləşmələr hələ də davam edir", - deyə jurnalist ərəb dövlətindəki mənbələrinə istinadən yazıb.


sözügedən portal daha əvvəl iranın abş ilə danışıqların formatını ikitərəfli formata dəyişdirmək və məkanı istanbuldan omana köçürmək niyyətində olduğunu bildirmişdi.

Baxış sayı: 3 168

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə