"israilin yüksəkvəzifəli hərbi rəsmiləri amerikalı həmkarları ilə son müzakirələrdə iranın ballistik raket layihələrinin təl-əviv üçün nüvə proqramından heç də az təhlükə yaratmadığını bəyan ediblər. israil lazım gələrsə, irana qarşı təkbaşına hərəkət etməyə hazır olduğu barədə vaşinqtona xəbərdarlıq göndərib".


arhd.media xəbər verir ki, bunu "the jerusalem post" nəşri təhlükəsizlik qurumlarındakı mənbələrinə istinadən yazıb.


məlumata görə, təl-əviv iranın israilin mövcudluğunu təhdid edən miqyasda strateji silah sistemlərini yenidən qurmasına icazə verməyəcəyini və öz hərəkət istiqamətini seçmək hüququnu saxladığını vurğulayıb.


nəşr qeyd edib ki, israilin hərbi rəsmiləri əsas istehsal müəssisələrinə zərbələr də daxil olmaqla, raket proqramının effektivliyini azaltmaq üçün əməliyyat konsepsiyalarını abş nümayəndələri ilə bölüşüblər.


"israil iran daxilindəki vəziyyəti daim izləyir. abş rəsmilərinə deyilib ki, tehran ballistik raketlər üçün müəyyən etdiyi qırmızı xətti keçərsə, təkbaşına zərbə endirəcəyik" - deyə, nəşri məlumatlandıran mənbə bildirib.


xəbərdə qeyd olunur ki, təl-əvivin hərbi təmsilçiləri hazırkı anı iranın raket infrastrukturuna əhəmiyyətli zərbə vurmaq, israil və qonşu dövlətlərə qarşı aktiv təhdidləri neytrallaşdırmaq üçün "tarixi fürsət" hesab edirlər.


xatırladaq ki, 2025-ci il dekabrın 29-da tehranda iran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. bir gün sonra etirazlara tələbələr də qoşulublar. narazılıqlar qısa müddətdə iranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.


iğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. tehran meri əlirza zakani deyib ki, nümayişçilər paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. iran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində israil və abş-ni təqsirləndirib.

Baxış sayı: 2 815

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə