iranda yeni hazırlanmış silahların ictimaiyyətə açıq şəkildə nümayişi təhlükəsizlik səbəblərinə görə müvəqqəti olaraq dayandırılıb.
“arhd.media” “iran international”a istinadən xəbər verir ki, bu barədə iranın müdafiə nazirliyinin rəsmi nümayəndəsi rza talayinik bildirib.
qeyd olunub ki, qərar mümkün təhlükəsizlik risklərinin qarşısını almaq məqsədi daşıyır.
buna baxmayaraq, talayinik vurğulayıb ki, iran mikroelektronika, süni intellekt və kibertəhlükəsizlik sahələrində texnologiyaların inkişafı üzrə işlərini davam etdirir.






















