israilin baş naziri benyamin netanyahu abş prezidentinin xüsusi nümayəndəsi stiv uitkoff və ağ evin yüksəksəviyyəli müşaviri cared kuşner ilə görüşüb.
“arhd.media” xəbər verir ki, bu barədə israil baş nazirinin ofisinin “x” hesabında paylaşım edilib.
məlumata görə, görüş zamanı tərəflər regional məsələləri, həmçinin ötən həftə omanın paytaxtı məsqət şəhərində abş və iran arasında baş tutan nüvə danışıqlarını müzakirə ediblər.
xatırladaq ki, bu gün vaşinqtonda abş prezidenti donald tramp və israilin baş naziri benyamin netanyahu arasında görüş keçiriləcək.























