qazaxıstanda prezident təkrar seçilmək imkanı olmadan 7 illik müddətə seçiləcək.
“arhd.media” xəbər verir ki, bu barədə “kazaxstanskaya pravda” qəzetində dərc olunmuş ölkənin yeni konstitusiya layihəsində qeyd edilir.
bildirilir ki, ölkənin birinci şəxsi 7 il müddətinə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçiləcək.
“konstitusiyaya uyğun olaraq eyni şəxs bir dəfədən çox qazaxıstan respublikasının prezidenti seçilə bilməz”, - konstitusiya layihəsində deyilir.
xatırladaq ki, qazaxıstanın yeni konstitusiyasının layihəsi 2026-cı il fevralın 12-də kütləvi informasiya vasitələrində dərc edilib. ötən gün qazaxıstan prezidenti kasım-jomart tokayev martın 15-i ölkənin yeni konstitusiyası üzrə referendumun keçirilməsi haqqında fərman imzalayıb. qəbul ediləcəyi təqdirdə, yeni sənəd 1 iyul tarixində qüvvəyə minəcək.























